Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

25 yanvar 2023 | 16:23

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə 2022-ci il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkə ərazisində geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işlərinin Səbail rayonunda da uğurla davam etdiyini bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq qarşıya qoyulan vəzifələr, həmçinin, cari ildə Səbail rayonunda görüləcək işlər, həyata keçiriləcək layihələr, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində müvafiq göstərişlər vermişdir.

Müşavirə zamanı infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması, dövlət qulluqçularının məsuliyyətinin artırılması, sakinlərlə keçirilən səyyar görüşlər zamanı qaldırılan məsələlərin operativ həll olunması və vətəndaş müraciətlərinin vaxtında cavablandırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər