Rayon İcra Hakimiyyətinin başçısı 132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə səyyar görüş keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun İstiqlaliyyət küçəsi 11/13 ünvanında yerləşən 132-134 nömrəli Təhsil Kompleksində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ölkəmizdə, o cümlədən Səbail rayonunda sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər barədə sakinlərə məlumat vermişdir.
Görüşdə sakinlər çoxmənzilli yaşayış binalarının təmir olunması, yol nişanlarının yenilənməsi, yeni asfalt örtüyünün salınması, qaz, su və kanalizasiya xətlərinin yenilənməsi, məişət tullantıları üçün qutuların qoyulması, çoxmərtəbəli yaşayış binalarında liftlərin yenilənməsi, işlə təminat və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara RİH tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır.
Sakinlər ölkəmizdə, o cümlədən rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.