Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində sakinlərin müraciətlərini dinləmiş və əraziyə baxış keçirmişdir
21 yanvar 2025 | 15:44
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, RİHBA-nın məsul işçiləri və ərazi icra nümayəndələri ilə birgə 20-ci sahə yaşayış massivində sakinlərin müraciətlərini dinləmiş və əraziyə baxış keçirmişdir. Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı aparılan abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş və aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.