Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində sakinlərlə görüş keçirmişdir
Səbail RİH başçısı Vuqar Zeynalov və RİHBA-nın məsul əməkdaşları 20-ci sahə yaşayış massivi, Salyan yolu 32 ünvanında yaşayan sakinlərin müraciətləri ilə əlaqədar görüş keçirmişdir.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov tərəfindən ünvanlara yerindəcə baxış keçirilmiş, qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.