Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində sakinlərlə növbəti görüş keçirmişdir

08 dekabr 2022 | 17:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivi ərazisində yaşayan sakinlərin müraciətləri ilə əlaqədar görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Görüş zamanı RİH başçısı Vuqar Zeynalov tərəfindən ünvanlara yerindəcə baxış keçirilmiş, qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır.

Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər