Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovu yubileyi münasibətilə təbrik etmişdir

04 avqust 2023 | 17:51

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovu yubileyi münasibəti ilə təbrik etmişdir. Tədbirdə RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər və əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi ilə əlaqədar bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını tələb etdiyini diqqətə çatdırmış, bələdiyyə sisteminin effektivliyinin və fəallığının artırılmasının vacibliyini vurğulayaraq bələdiyyə sədrlərinə müvafiq tövsiyələr vermişdir.

Sonda Təzəxan Məmmədova rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.

Keçidlər