Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində aparılan işlərə baxış keçirmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir. Görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, 6 və 8 ünvanlarında istilik təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan işlərə yerində baxış keçirmişdir.
Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov aparılan işlər çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri yerindəcə dinləmiş və aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.