Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində əraziyə baxış keçirib
16 fevral 2026 | 16:15
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov və RİHBA-nın məsul əməkdaşları ilə birgə Badamdar qəsəbəsində əraziyə baxış keçirmişdir. Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı ərazinin sanitar vəziyyətinin daima təmiz saxlanılması, sakinlərin narazılığına səbəb olan neqativ halların aradan qaldırılması, qanunsuz tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.






