Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Badamdar qəsəbəsində növbəti səyyar qəbul keçirib

10 avqust 2022 | 14:08

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında  sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.

Görüşdə sakinlər fərdi yaşayış evlərinin təmir olunması, kanalizasiya, su və qaz xətlərinin yenilənməsi, məhəllə daxili yollara yeni asfalt örtüyünün çəkilməsi, uşaqlar üçün oyun meydançalarının quraşdırılması, marşrut xətlərinin dəyişdirilməsi və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər.

RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Qəbulda iştirak edən vətəndaşlar aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər