Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsində S.İbrahimxəlilov küçəsi 1 ünvanında sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərin sabitliyin daha da möhkəmlənməsinə, ölkəmizin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verdiyini bildirərək vətəndaşların sosial müdafiəsinin təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin ən əsas strateji vəzifələrindən biri olduğunu qeyd etmişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, fərdi yaşayış evlərinin təmir olunması, kanalizasiya xətlərinin yenilənməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.