Rayon İcra Hakimiyyətinin başçısı Səbail bələdiyyəsinin sədri Hacı Əliyevi yubileyi münasibətilə təbrik etmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail bələdiyyəsinin sədri Hacı Əliyevi yubileyi münasibəti ilə təbrik etmişdir. Tədbirdə RİH başçısının müavinləri Vüqar Şixəmmədov və Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri, bələdiyyə üzvləri və əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı Hacı Əliyevi yubileyi münasibəti ilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər və əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi ilə əlaqədar bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını tələb etdiyini diqqətə çatdırmış, bələdiyyə sisteminin effektivliyinin və fəallığının artırılmasının vacibliyi vurğulayaraq müvafiq tövsiyələr vermişdir.
Sonda Hacı Əliyevə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİH başçısı tərəfindən “Fəxri Fərman” təqdim olunmuşdur.