Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Əli Tağıyevin atası Aydın Tağıyev ilə görüş keçirmişdir

20 oktyabr 2023 | 14:01

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Əli Tağıyevin atası Aydın Tağıyev ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Şəhidin atası Aydın Tağıyev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər