Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı yaralı əsgər Murad Orucovun ailə üzvləri ilə görüş keçirmişdir

23 dekabr 2022 | 19:03

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 2022-ci ilin sentyabrın 12 və 13-də Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış əsgər Orucov Murad Şamil oğlunun ailə üzvləri ilə görüş keçirmişdir.

Görüş zamanı RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin ailələrinə böyük diqqət və qayğı göstərildiyini, yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün köməklik göstərildiyini diqqətə çatdırmışdır.

RİH başçısı Vuqar Zeynalov hərbi qulluqçumuzun ailə üzvlərinin qayğıları ilə maraqlanmış,  onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Yaralı əsgər Murad Orucovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər