Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı RİHBA-nın məsul əməkdaşı Fikrət Rzayevi yubileyi münasibətilə təbrik etmişdir

03 iyul 2025 | 17:24

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın məsul əməkdaşı Rzayev Fikrət Adil oğlunu yubileyi münasibəti ilə təbrik etmişdir. Yubiley ilə əlaqədar keçirilən tədbirdə RİH başçısının müavinləri və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasından, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolundan geniş bəhs edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Rzayev Fikrət Adil oğlunu yubileyi münasibəti ilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bu siyasətin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkilinin tamamilə yeni prinsiplərə əsaslandığını, dövlətlə vətəndaş arasında inam və etimadın bərqərar olduğunu qeyd etmişdir.

Keçidlər