Rayon İcra Hakimiyyətinin başçısı Gülbala Əliyev küçəsi 25 ünvanında yaşayan sakinlərlə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın məsul əməkdaşları ilə birgə 20-ci sahə yaşayış massivi, Gülbala Əliyev küçəsi 25 ünvanında yerləşən yataqxanada yaşayan sakinlərin müraciətləri ilə əlaqədar görüş keçirmişdir.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov tərəfindən qeyd olunan ünvana yerindəcə baxış keçirilmiş, burada yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar qaldırılan məsələnin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır. Eyni zamanda vətəndaşları narahat edən digər sosial problemlərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.