Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Gülbala Əliyev küçəsində görülmüş işlərlə tanış olmuşdur

21 iyul 2022 | 17:37

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonu ərazisində aparılan abadlıq quruculuq işləri çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivi, Gülbala Əliyev küçəsində görülmüş işlərlə tanış olmuşdur. İşlərlə tanışlıq zamanı sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onlara müvafiq izahatlar verilmiş, müraciətlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Səbail rayonunda genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıqla qarşılayan rayon sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, uzunluğu 9 km olan Gülbala Əliyev küçəsində 2019-cu ildən başlayaraq əsaslı şəkildə təmir işləri həyata keçirilir. Layihəyə çərçivəsində küçəyə yeni asfalt-beton örtüyü çəkilmiş, həmçinin burada insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün salınmış parkda işıq dirəkləri, oturacaqlar, idman qurğuları, uşaq meydançası quraşdırılmış, müxtəlif növ yeni ağac və gül kolları əkilmişdir.  Vətəndaşların yol kənarı ilə normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 2 km uzunluğunda yeni piyada səkiləri inşa edilmiş, yol kənarlarına səki daşları düzülmüşdür.

Keçidlər