Rayon İcra Hakimiyyətinin başçısı Ümummilli Lider Heydər Əliyevin büstünü və “Şəhidlər” abidə kompleksini ziyarət etmişdir
14 aprel 2025 | 13:59
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov və RİHBA-nın məsul əməkdaşları tərəfindən Badamdar qəsəbəsində müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş “Şəhidlər” abidə kompleksi ziyarət edilmişdir.