Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı İctimai Şuranın sədri Şakir Eminbəyli ilə görüş keçirmişdir

28 dekabr 2024 | 16:22

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, tanınmış jurnalist Şakir Eminbəyli ilə görüş keçirmişdir. Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsini, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlik olan İctimai Şuranın Səbaildə səmərəli fəaliyyəti üçün hər cür dəstək göstərildiyini bildirmişdir. İctimai Şuranın sədri Şakir Eminbəyli Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədi ilə görüşün əhəmiyyətli olduğunu vurğulamışdır.

Keçidlər