RİH başçısı Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşud Məmmədova ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Xocavənd rayonu, Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Seymur Qəhrəman oğlunun anası Xurşud Məmmədova ilə görüş keçirmişdir.
Görüşdə şəhidin anasının qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Ölkə rəhbərliyinin tapşırığı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini, sağlamlığını itirmiş qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına böyük diqqət göstərildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir və bu istiqamətdə görülən tədbirlər çərçivəsində xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
Şəhidin anası Xurşud Məmmədova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmiş, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiyini vurğulamışdır.