Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Neftçilər prospekti 67 ünvanında yerləşən həyətə baxış keçirmiş, sakinlərin müraciətilərini yerində araşdırmışdır

17 may 2024 | 16:59

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binalarını əhatə edən həyətlərin abadlaşdırılmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında 450 nəfər sakinin yaşadığı 2 çoxmərtəbəli yaşayış binasını əhatə edən həyətə baxış keçirmişdir.

Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı sözügedən ünvanda abadlıq işlərinin aparılması, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün uşaq meydançasının quraşdırılması, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər