Rayon İcra Hakimiyyətinin başçısı təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə Nurməmməd Şixəmmədovu Fəxri Fərmanla təltif etmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə Nurməmməd Şixəmmədov ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri kimi gənclərə dövlət dəstəyinin gücləndirilməsindən ibarət olduğunu bildirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov son illər respublikamızda həyata keçirilən tədbirlərin gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını və onların ictimai-siyasi fəallığının artmasını sürətləndirdiyini diqqətə çatdırmışdır. Tədbir zamanı çıxış edən Nurməmməd Şixəmmədov gənclərə göstərilən hərtərəfli diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir. Sonda Böyük Britaniyanın Glasgow universitetinə qəbul olan Nurməmməd Şixəmmədov təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.