Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı polis serjantı Lətif Hacıyevi ziyarət edib

16 oktyabr 2023 | 12:38

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və RİHBA-nın məsul əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı yaralanmış polis serjantı Hacıyev Lətif Tərlan oğlunu ziyarət etmişlər.   

Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu, yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün köməklik göstərildiyini diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının ərazisi daxilində qanunsuz olaraq yerləşdirilmiş Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən Qarabağdan çıxarılmasının ölkəmizdə sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addım olduğunu bildirən RİH başçısı Vuqar Zeynalov Qarabağda uğurla başa çatdırılmış aniterror əməliyyatının regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açdığını qeyd etmişdir.

RİH başçısı Vuqar Zeynalov Lətif Hacıyevin və ailə üzvlərinin qayğıları ilə maraqlanmış,  onları narahat edən məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.

Polis serjantı Lətif Hacıyev ona göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Keçidlər