Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi Süleyman Allahverdiyevin atası ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi qazisi Süleyman Allahverdiyevin atası Tariyel Allahverdiyevlə görüş keçirmişdir.
Görüş zamanı Vətən müharibəsi iştirakçısının müayinə və müalicəsi ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və hərbi qulluqçulara dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərildiyini bildirmişdir.
Görüşdə Vətən müharibəsi qazisinin atası Tariyel Allahverdiyev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya, həmçinin, övladının müalicəsinə edilən köməkliyə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.