Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı “Rəşadət” ordenli şəhid İlkin Əhədzadənin ailə üzvlərini ziyarət etdi

19 iyul 2023 | 09:43

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Badamdar qəsəbəsi, şəhidimizin adını daşıyan İlkin Əhədzadə küçəsi 56 ünvanında şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında “Rəşadət” ordenli şəhidin xatirə lövhəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.   

Ziyarət zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğı göstərilməsinin dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirildiyini qeyd etmişdir.

Dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən şəhidin ailə üzvləri aparılan islahatlar və görülən yüksək işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər