Arif İsmayılov küçəsi 88/3 ünvanında yaşayan sakinləri Rayon İcra Hakimiyyətinin başçısı qəbul etmişdir
Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısı Vuqar Zeynalov Bayıl yaşayış massivi, Arif İsmayılov küçəsi 88/3 ünvanında yerləşən qəzalı vəziyyətdə olan bina sakinlərini qəbul etmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qəbul zamanı sakinlərin müraciətinə əsasən sözügedən binanın qəzalı vəziyyətdə olması barədə müvafiq rəyin verilməsi ilə əlaqədar FHN-nə rəsmi müraciət göndərildiyini, yaxın zamanda FHN-nin mütəxəssislər tərəfindən müvafiq ekspertizanın keçiriləcəyini, eyni zamanda həmin ünvanda yaşayan 46 nəfər keçmiş məcburi köçkünlərin qısa müddət ərzində köçürülməsi ilə əlaqədar aidiyyəti dövlət qurumuna rəsmi müraciət ünvanlandığını və məsələnin tez bir zamanda müsbət həll olunması üçün hal-hazırda danışıqlar aparıldığını bildirmişdir.
Qəbullarda iştirak edən sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən Rayon İcra Hakimiyyətinin inzibati binasında həftə içi hər gün saat 10.00-dan etibarən vətəndaş qəbulları keçirilir. Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.