RİH başçısı Bayıl yaşayış massivində sakinlərlə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bayıl yaşayış massivi, A.Məmmədov küçəsində sakinlərlə görüş keçirmişdir.
Görüş zamanı RİH başçısı sakinlərin problemlərinin öyrənilməsi məqsədilə vətəndaşlarla görüşərək onları narahat edən müxtəlif məsələlərlə əlaqədar ünvanlarda yerindəcə baxışlar keçirmiş və qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında sakinlərlə geniş fikir mübadiləsi aparılmışdır.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.