Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə görüş keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qazilər və şəhidlərin ailə üzvləri görüş keçirmişdir. Görüşdə RİHBA-nın şöbə müdirləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Kərim Xələfov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişlər. Görüş zamanı RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və hərbi qulluqçulara dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərildiyini və bu kateqoriyadan olan insanların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini qeyd etmişdir. Görüşdə şəhidlərin ailə üzvləri onlara daim qayğı ilə yanaşan Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






