Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, qazilər və veteranlar ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətində şəhid ailələri, qazilər və veteranlar ilə görüş keçirilmişdir. Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Veteranlar və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri Bəyverdi Novruzov, Qarabağ müharibəsi əlilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, veteran, polkovnik-leytenant Ağakişiyev Bəhram, şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova, şəhid İsrail Məmmədovun həyat yoldaşı İpək İsmayılova, şəhid Seyidalı Hüseynovun həyat yoldaşı İmaməliyeva Ələmzər və şəhid Oruc Hümmətovun həyat yoldaşı Almaz Hümmətova iştirak etmişlər.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Görüşdə iştirak edən şəhidlərin ailə üzvləri çıxış edərək şəhid ailələrinin, qazilərimizin rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını bildirərək, diqqət və qayğı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.