Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və müharibə veteranları ilə görüş keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Dənizkənarı küçəsi 414, 416, 418 ünvanlarında yaşayan şəhid ailələri və müharibə veteranları ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və müharibə veteranları iştirak etmişlər.
Görüş zamanı şəhid ailələri və müharibə veteranlarının problemlərini dinləyən RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərlə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülərək operativ şəkildə həll edilmişdir.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.