Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Cavidan İbrahimlinin anası Gülnaz İbrahimova ilə görüş keçirmişdir

09 dekabr 2022 | 14:44

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun anası Gülnaz İbrahimova ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov Gülnaz İbrahimovanın qayğı və problemləri ilə maraqlanaraq şəhid anasını narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Şəhidin anası Gülnaz İbrahimova şəhid  ailələrinə və müharibə iştirakçılarına  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmiş, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiyini vurğulamışdır.

Keçidlər