Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Cavidan Ağayevin qardaşının toy məclisində iştirak etmişdir

05 dekabr 2022 | 17:02

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Cavidan Ağayevin qardaşının toy məclisində iştirak etmişdir. Mərasimdə RİHBA-nın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, şəhidlərin ailə üzvləri və digər qonaqlar iştirak etmişlər.

Şəhidimizin qardaşını ailə qurması münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayaraq qeyd etmişdir ki: “Bu gün hər birimiz torpaqlarımızın düşmən tapdağından azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, igid oğullarımıza borcluyuq. Hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək”.

Şəhidin valideynləri şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər