Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Əli Nağıyevin ailə üzvlərini ziyarət etdi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və RİHBA-nın məsul əməkdaşları Bayıl yaşayış massivi, Q.Abbasov küçəsi 40 ünvanında yaşayan Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun ailə üzvlərini ziyarət etmişlər.
İlk öncə şəhid Əli Nağıyevin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğı göstərilməsinin dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirildiyini qeyd etmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.