Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Əli Tağıyevin ailə üzvlərini ziyarət etdi

19 sentyabr 2022 | 17:44

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Qarabağ müharibəsi əlilləri, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, veteran, polkovnik-leytenant Ağakişiyev Bəhram, Vətən müharibəsi qazisi Salman Xudaverdiyev, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva Vətən müharibəsi şəhidi Tağıyev Əli Aydın oğlunun ailə üzvlərini ziyarət etmişlər.

İlk öncə Səbail rayonu, Salyan yolu, dalan 4, ev 41V ünvanının qarşısında şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır. 

Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.

Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.

Keçidlər