Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin atası ilə görüş keçirmişdir

15 fevral 2024 | 16:37

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsində qəhrəmancasına şəhid olan, “Rəşadət” ordenli mayor İlkin Əhədzadənin atası Qələmşah Əhədov ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidin ailə üzvünün qayğıları ilə maraqlanmışdır. Şəhidin atası Qələmşah Əhədov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər