Rayon İcra Hakimiyyətinin başçısı şəhid İsmayıl Hüseynovun ailə üzvlərini ziyarət edib
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Vətən müharibəsi qazisi Fərid Həsənov 20-ci sahə yaşayış massivi, Yüzbəy Mürsəlov küçəsi, ev 147 ünvanında Vətən müharibəsi şəhidi Hüseynov İsmayıl Şahvələd oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinin, döyüşlərdə yaralananların və müharibə iştirakçılarının daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlər keçirildiyini, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü diqqətə çatdırmış, eyni zamanda ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə qayğı ilə yanaşılmasının bütün cəmiyyətimizin borcu olduğunu bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.