Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid İsrail Məmmədovun ailə üzvlərini ziyarət etdi

09 mart 2023 | 18:01

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyət nümayəndələri şəhid Məmmədov İsrail Teymur oğlunun ailə üzvlərini ziyarət etmişlər.

İlk öncə şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında İsrail Məmmədovun xatirə lövhəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.

Görüş zamanı RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu bildirmişdir.

Şəhidin həyat yoldaşı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, İsrail Məmmədov 1991-ci ildə könüllü olaraq ordu sıralarına yazılmış, Xankəndi və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1991-ci ilin dekabr ayında Şuşa şəhəri  istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər