Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid İsrail Məmmədovun həyat yoldaşı ilə görüş keçirib

15 dekabr 2023 | 11:59

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qarabağ müharibəsi şəhidi İsrail Məmmədovun həyat yoldaşı İpək İsmayılova ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.

Şəhidin həyat yoldaşı İpək İsmayılova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Keçidlər