Rayon İcra Hakimiyyətinin başçısı şəhid qardaşı Ruslan Xəlilov ilə görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Birinci Qarabağ müharibəsinin şəhidi İsmayıl Xəlilovun qardaşı Ruslan Xəlilov ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Şəhidin qardaşı Ruslan Xəlilov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, şəhid İsmayıl Xəlilov 19.02.1973-cü ildə Səbail rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1991-ci ildə cəbhə xəttinə yola düşmüşdür. Ağdərə rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur.