Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Rəfail Hüseynov və Bilal Qənbərovun valideynləri ilə görüş keçirmişdir

21 noyabr 2023 | 15:05

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qarabağ və Vətən müharibələri zamanı qəhrəmancasına şəhid olan Rəfail Hüseynovun atası Maarif Hüseynov və Bilal Qənbərovun atası Xanlar Qənbərov ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov şəhidlərin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.

Şəhidlərin valideynləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişlər.

Keçidlər