Rayon İcra Hakimiyyətinin başçısı şəhid Yusif Budaqovun ailə üzvlərini ziyarət etdi
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Yeni Salyan yolu, ev 22, mənzil 140 ünvanında Vətən müharibəsi şəhidi Budaqov Yusif Ramiq oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı şəhidin anası Lətafət Budaqovanı yeni mənzillə təmin olunması münasibətilə təbrik edən Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramının icra olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu gün sosial dəstək proqramının əsas istiqamətlərindən biri olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının 5 dəfəyədək genişləndirilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks tədbirlər şəhid ailələri və müharibə əlillərinin xüsusi qayğı ilə əhatə olunmasının bariz nümunəsidir.
Şəhidin anası Lətafət Budaqova göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yeni mənzillərlə təmin edilməsinə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.