Rayon İcra Hakimiyyətinin başçısı şəhid Yüzbəy Mürsəlovun ailə üzvü ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qarabağ müharibəsi şəhidi Yüzbəy Mürsəlovun həyat yoldaşı Zümriyə Mürsəlova ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidin ailə üzvünün qayğı və problemləri ilə maraqlanaraq onu narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər vermişdir.
Şəhidin həyat yoldaşı Zümriyə Mürsəlova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.