Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Əli Tağıyevin ailə üzvləri ilə görüş keçirmişdir
17 sentyabr 2025 | 13:05
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Tağıyev Əli Aydın oğlunun ailə üzvləri ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






