Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi mayor Kamran Fərəcovun ailə üzvü ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Fərəcov Kamran Qılman oğlunun həyat yoldaşı Fərəcova Nuranə Rufulla qızı ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidin ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanaraq onları narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər vermişdir.
Şəhidin həyat yoldaşı Nuranə Fərəcova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.