Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Murad Qurbanovun ailə üzvünün toy məclisində iştirak etmişdir

22 dekabr 2022 | 11:36

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Qurbanov Murad Asif oğlunun bacısının toy məclisində iştirak etmişdir. Mərasimdə millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul şəxsləri və şəhidlərin ailə üzvləri iştirak etmişlər.

Şəhid bacısını ailə qurması münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov yeni qurulan ailəyə həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayaraq ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini, şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.

Şəhidin anası Mehriban Qurbanova şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər