Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhidlərin ailə üzvləri ilə görüş keçirmişdir

12 iyun 2025 | 16:56

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərin ailə üzvləri ilə görüş keçirmişdir. Görüşdə şəhid Rafail Hüseynovun atası Maarif Hüseynov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Nazim Əmirov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, RİHBA-nın şöbə müdirləri, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Şəhidlərin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər