Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində Seyran Məmmədov küçəsi 1 və 6 ünvanlarında abad həyətə baxış keçirmişdir

10 mart 2023 | 15:32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binalarını əhatə edən həyətlərin abadlaşdırılmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1 və 6 ünvanlarında 430 nəfər sakininin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edən abad həyətə baxış keçirmişdir.

Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı abad həyətdə aparılmış yenidənqurma və abadlıq işlərinin mühafizə olunması, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayan abad həyət sakinləri görülən işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər