Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Gülbala Əliyev küçəsində sakinlərlə səyyar qəbul keçirmişdir

07 sentyabr 2022 | 13:55

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Gülbala Əliyev küçəsində sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Görüş zamanı Azərbaycanda vətəndaş rifahının və məmnunluğunun təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatların, sosial ödənişlərin, müavinət və təqaüdlərin artırılması ilə bağlı imzaladığı Fərman və Sərəncamların, eyni zamanda əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsinin bunun ən bariz göstəricisi olduğunu qeyd etmişdir.

Görüşdə sakinlər fərdi yaşayış evlərinin təmir olunması, dam örtüklərinin dəyişdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, işlə təminat  və digər sosial problemlərlə bağlı müraciət etmişlər.

RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan müraciətlərin isə müvafiq qurumlara ünvanlanaraq qeydiyyata alınmışdır.

Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər