Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı tərəfindən vətəndaş müraciəti ilə əlaqədar məsələyə yerində baxılmışdır

15 iyul 2022 | 16:34

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Rayon İcra Hakimiyyətinin inzibati binasında həftə içi hər gün vətəndaş qəbulları, eyni zamanda rayon ərazisində səyyar qəbullar həyata keçirilir, bununla yanaşı digər xidmət sahələrinin nümayəndələrinin iştirakı ilə də görüşlər təşkil olunur.

İyulun 5-də Səbail RİH başçısı Vuqar Zeynalov və RİHBA-nın məsul əməkdaşları vətəndaşın yaşadığı Səbail rayonu, Badamdar şossesində yerləşən fərdi yaşayış evinin qarşısında yola yeni asfalt örtüyünün çəkilməsi və həmin küçənin işıqlandırlması ilə əlaqədar müraciəti əsasında sözügedən ünvana yerindəcə baxış keçirilmiş və qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır.

Vətəndaşların istəyini nəzərə alaraq müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayan sakin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Keçidlər