Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində sakinlər tərəfindən qaldırılan məsələyə yerində baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə birgə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 22 ünvanında yaşayan sakinlərin müraciəti ilə əlaqədar məsələyə yerində baxış keçirmişdir.
Baxış zamanı vətəndaşları narahat edən problemləri dinləyən RİH başçısı Vuqar Zeynalov sözügedən ünvanda abadlıq işlərinin aparılması, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün uşaq meydançasının quraşdırılması, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün qısa zamanda təkliflərin hazırlanması ilə əlaqədar aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.