Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi iştirakçıları ilə görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi iştirakçıları Bəxtiyarov Bəxtiyar Rəhim oğlu və Əliyev Rəhim Ağamməd oğlu ilə görüş keçirmişdir.
Görüş zamanı Vətən müharibəsi iştirakçılarının qayğı və problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını bildirmişdir.
Görüşdə 44 günlük müharibə zamanı xatirələrindən söhbət açan Vətən müharibəsi iştirakçıları Bəxtiyar Bəxtiyarov və Rəhim Əliyev bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.